“Napoli”nin hücumçusu Dris Mertens karyerasını “Çelsi”də davam etdirə bilər.

İtaliyalı agent Vinçentso Morabitonun sözlərinə görə, baş məşqçi Frenk Lempard hər gün belçikalı futbolçuya zəng edir. Məsələ ondadır ki, Mertens əvvəlcə Neapolu tərk etmək istəməsə də, indi fikrini dəyişib. Morabitonun fikrincə, “Çelsi” Mertensə bir ara Jirunun əvəzləyicisi kimi baxırdı. Amma sonradan necə oldusa, Olivye London klubu ilə müqaviləni yenilədi. Bununla belə, “zadəganlar” yenə də belçikalı futbolçudan əl çəkmək fikrində deyil.